"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi - FOTO

Binəqədi rayonu ərazisində sahil zonasında yerləşən “AF Hotel” adlı ictimai iaşə obyektində ev heyvanlarının saxlanması ilə bağlı sosial mediada yayılmış narahatlıq doğuran görüntülərdən sonra IDEA İctimai Birliyinin təşəbbüsü və Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə təcili araşdırma tədbirləri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, aparılan birgə yoxlama nəticəsində obyekt ərazisində qonaqların əyləncəsi üçün uyğunsuz şəraitdə 7 pişik və 1 it saxlanıldığı məlum olub. Bundan əlavə, həmin ərazidə heç bir rəsmi icazə olmadan fəaliyyət göstərən qanunsuz zoopark da aşkar edilib. Həmin zooparkda isə “Qırmızı Kitab”a düşən, invaziv və digər növlərdən ibarət çoxsaylı heyvanların (5 tovuzquşu, 2 flaminqo, 3 yenot, 1 dəvəquşu, 8 sussar, 2 poni, 3 lama, 3 alpaka, 5 dovşan, 5 tutuquşu) saxlanıldığı müəyyən olunub.
Heyvanların sağlamlığı və təhlükəsizliyi məqsədilə IDEA Heyvanlara Qayğı Mərkəzinin və Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən toplanıb, klinik şəraitdə müayinədən keçirilib. Heyvanlar reabilitasiyaları tamamlandıqdan sonra yeni sahiblərinin tapılması üçün sahiblənmə mərkəzinə yerləşdiriləcək, vəhşi heyvan növləri isə müvafiq qaydada təbiətə buraxılacaq.
IDEA İctimai Birliyi vətəndaşları ev heyvanlarına qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərməyə çağırır, onlarda vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi faktlar barəsində Birliyin 1113 nömrəli qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.![]()





Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












