Ağsaqqallar Şurasının üzvünə məxsus avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

İrəvan Ağsaqqallar Şurasının "Ana Ermənistan" blokundan olan üzvü Gevork Stepanyanın ailəsinə məxsus avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.
"Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb", - o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, saxlanılan şəxs istintaq orqanına təhvil verilib, araşdırma davam edir.
Xatırladaq ki, mayın 6-da gecə saatlarında İrəvanda G.Stepanyanın ailəsinə məxsus avtomobil yandırılıb. Naməlum şəxslər avtomobilin pəncərəsini sındıraraq salonu yandırıblar. Xəsarət alan olmayıb. "Ana Ermənistan" fraksiyasının rəhbəri Manuk Sukiasyan baş verənlərə görə hazırkı hakimiyyəti məsuliyyətə cəlb edib. Daha sonra İstintaq Komitəsi cinayət işi açıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












