Ağstafada 16 yaşlı oğlan bıçaqlandı - YENİLƏNİB

29.07.2025-ci il tarixində saat 01:30 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, şəxsə sağ saidin kəsilmiş yarası, qarının ön divarının kəsilmiş yarası, təpə nahiyəsinin hematoması diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam edir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
***09:53
Ağstafa rayonunda 16 yaşlı oğlan küçədə bıçaqlanıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Poylu kəndində baş verib.
Kənd sakini, 2009-cu il təvəllüdlü M.Huseynli qol və qarın nahiyəsindən 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Məlumata görə, hadisəni törətməkdə şübhəli şəxs müəyyən edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












