Aksesuar kimi aldığı patron başına iş açdı - Hava limanında saxlanıldı

2007-ci il təvəllüdlü gənc Türkiyədən Naxçıvana tapança patronu gətirən zaman saxlanılıb. O, həmin patronu 50 türk lirəsinə aldığını, aksesuar kimi saxladığını deyib.
Avtosfer.az “Musavat.com”a istinadən xəbər verir ki, 18 yaşlı Toğrul Axundov Naxçıvan Hava Limanında sazlanılıb. Onun çantasından patron aşkar edilib. Toğrula qarşı qanunsuz olaraq odlu silah saxlamaq ittihamı irəli sürülüb.
Toğrul deyib ki, 2023-cü ildə ailəsi ilə birlikdə işləmək üçün Türkiyə gedib.
Avtomobilyuma yerində işləyən Toğeul orada Suriya vətəndaşı Abdülrəhman adlı şəxslə tanış olub. Onlar birlikdə işləyiblər. Həmin tapança patronunu Abdülrəhmanda görüb və aksesuar kimi saxlamaq üçün ondan istəyib. Abdülrəhman həmin patronu ona 50 türk lirəsi qarşılığında ona satıb.
Toğrul ailəsi ilə Türkiyədən Naxçıvana qayıdıb. Oradan Bakıya uçmaq istəyərkən hava limanında saxlanılıb və çatasından patron aşkar edilib.
Məhkəmənin hökmü ilə Toğrul barəsində 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












