Alanyada azərbaycanlı gəncin yaraladığı barmen öldü - FOTO

Türkiyənin Alanya əyalətindəki restoranlardan birində azərbaycanlı barmenin yaraladığı şəxs ölüb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Alanyanın Çarşı məhəlləsindəki Barlar küçəsində baş verib. Məlumata görə, iki barmen – azərbaycanlı Məhəmməd M. və türkiyəli Mustafa Arslan arasında mübahisə düşüb. Mübahisə zamanı Məhəmməd M. qırıq şüşə parçasını götürərək Arslanı boynundan yaralayıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ağır yaralanan Mustafa Arslan xəstəxanaya aparılsa da, iyunun 18-də vəfat edib.
Şübhəli şəxs Məhammad M. polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilərək təcridxanaya göndərilib. O, ilkin ifadəsində hadisəni söyüşə görə törətdiyini, Mustafa Arslanı öldürmək niyyətinin olmadığını, qarşı tərəfin ilk olaraq hücum etdiyini və törətdiyi əmələ görə peşman olduğunu bildirib.
Fotoda Mustafa Arslan

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












