Alkotester cihazını yaradan alim içkili saxlanıldı - FOTO

Sürücülərin içkili olub-olmadığını müəyyənləşdirən alkotester cihazının yaradıcılarndan biri sərxoş halda saxlanılıb.
Avtosfer.az xəbər verir ki, alkotesterlərin dizaynında əməyi keçən ingilis təqaüdçü alim Dr. Riçard Leysi (70) içki içdikdən sonra sükan arxasına keçib və qəza törədib.
Noyabrın 23-də İngiltərənin Talqart şəhərində Leysinin avtomobili yol ayrıcında səkiyə çırpılıb.
Hadisə yerinə gələn polis alimi alkotesterlə yoxlayıb.
Sürücünün nəfəs testində 41 mikroqram (norma 35 mikroqram) spirt aşkar edilib.
Leysi məhkəmədə nahar zamanı bir neçə stəkan şərab və bir şüşə pivə içdiyini etiraf edib. O, keçmişdə alkotesterlərin dizaynı ilə məşğul olduğunu bildirib.
“İçdiyim miqdarı yanlış qiymətləndirmişəm", - o söyləyib.
Əvvəllər heç vaxt bənzər hadisə yaşamayan Leysi 13 ay sürücülük hüququndan məhrum edilib.
Alkoqol haqqında maarifləndirmə kursu tamamlanarsa, bu müddət 13 həftə qısaldıla bilər. O, həmçinin 925 funt sterlinq cərimə olunub.(ölkə.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













