Almaniyada yanğın yüzlərlə avtomobili məhv etdi - FOTO

Almaniyada, Aşağı Saksoniyada yerləşən Oldenburq şəhərinin sənaye zonasında böyük yanğın baş verib. Alov istifadədən çıxarılmış avtomobil zibilxanasını və metal qalaqlarını əhatə edərək yüzlərlə maşını məhv edib. Yanğın yerindən qalxan qatı qara tüstü sütunu, hətta Oldenburqdan 30 kilometr məsafədə yerləşən Bremen şəhərindən belə görünür.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Bild na russkom" Telegram kanalı xəbər verir.
Şahidlər yanğın yerində eşidilən çox sayda partlayış barədə məlumat verirlər. Bunun səbəbi avtomobillərin yanacaq baklarının alışmasıdır.
Təcili yardım xidmətləri qatı tüstülənmə və sağlamlıq təhlükəsi səbəbindən yerli sakinlərə pəncərələri bağlı saxlamağı tövsiyə etdi. Yaxınlıqdakı avtomobil yolu sürücülərin təhlükəsizliyi üçün bağlanıb.
Hadisə yerində təxminən 200 yanğınsöndürən çalışır və yanğını lokallaşdırmaq və söndürmək üçün bütün səylərini göstərirlər. İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi hələ məlum deyil və mütəxəssislər tərəfindən araşdırılır.(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















