“Alp Delux”da ət nümunələrində at DNT-si aşkarlandı - FOTO - VİDEO

Mediada "Alp Delux" şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən "Alp Delux" şadlıq evində Ədliyyə Nazirliyinin Dövlət Reyestrindən çıxarış əsasında aprelin 29-da plandankənar yoxlama keçirilib. Çıxarış şadlıq evinin səlahiyyətli şəxsinə təqdim edilib, daha sonra iaşə obyektinin nümayəndəsinin iştirakı ilə yoxlama aparılıb. Yoxlama müfəttişin yaxa kamerası ilə lentə alınıb. "Mediada çıxış edərək yoxlamanın aparılmadığını iddia edən şadlıq evinin səlahiyyətli şəxsi özü də yoxlama zamanı şadlıq sarayında olub. Yoxlama zamanı soyuducu sahədə saxlanılan, görünüşü şübhə doğuran ət məhsullarından götürülmüş nümunələr laborator müayinəyə cəlb olunub və nəticədə ət nümunələrində at DNT-si müəyyən edilib. Bundan başqa, şadlıq evində bir sıra sanitar-gigiyenik nöqsanlar da aşkarlanıb. Faktla bağlı şadlıq evinin rəhbərliyi barəsində səlahiyyətli nümayəndənin iştirakı ilə inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb və icrası məcburi göstərişlər verilib. AQTA olaraq, ictimai iaşə obyektlərini qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və qanun pozuntularına qarşı tədbirlərin davam etdiriləcəyini bildiririk" - məlumatda bildirilib.





Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












