Aptek müdiri işçisini onu kök pişiyə oxşatdığına görə vəhşicəsinə döyüb - TƏFƏRRÜAT - VİDEO - YENİLƏNİB

Bakıda aptekdə baş verən insidentin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb.
Tərəflər arasında mübahisə satıcının A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişiyə oxşatmasından sonra yaranıb. Belə ki, A.K müdirinə "Sən kök pişiyə oxşayırsan" deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb. Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb.
A.K hadisə ilə bağlı polisə şikayət edib. Polis araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub.
Bundan bir müddət sonra aptek müdiri digər xanım əməkdaşını işdən çıxarıb.
İşdən çıxarılan həmin xanım əməkdaş müdirindən qisas almaq üçün həmin görüntüləri yayıb.
Elnur Cabbarov görüntüləri yaydığına görə işdən çıxardığı xanıma zəng edərək onu təhqir edib. Onların arasında mübahisə böyüyüb və həmin xanımın əri Zamin Quliyev Elnur Cabbarovu görüşə çağırıb.
Onlar görüşüblər və aralarında mübahisə düşüb. Hər iki şəxs dalaşıblar və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Elnur Cabbarov və Zamin Quliyev ayrı-ayrılıqda polisə bir-birindən şikayət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Elnur Cabbarov və Zamin Quliyevin şikayətləri əsasında Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
***
Paytaxtda aptek müdirinin işçisi olan qadını döyməsi ilə bağlı yayılan videogörüntülər araşdırılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
(oxu.az)
***
Paytaxtda aptek müdirinin işçisi olan qadını döydüyü iddia olunur.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, paytaxtdakı apteklərin birində müdir olduğu iddia edilən şəxs işçisini vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda müdirin işçini yumruqlayıb, yerdə sürüdüyü görünür.
Sözügedən videonu təqdim edirik:
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsdi - VİDEO
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO
Maşın qaçıran şəxs saxlanıldı
Sərxan xəstəxanadan, Gözəlov sınaqdan çıxdı… - VİDEO
Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi - SƏBƏB - YENİLƏNİB
Sığorta qalmaqalı: “Ata Sığorta” qazini aylardır süründürür - FOTOLAR
Əlləri cibində maşın yolunu parka çevirən piyada təhlükə saçdı - VİDEO
“BakuBus”ın sürücüsü sərnişinləri avtobusdan düşürdü, yolu bağladılar - AÇIQLAMA - VİDEO











