Arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs: "Özümdə deyildim"

Həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işinin məhkəmə araşdırması başlayıb.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
Firuz Qasımov ittihamla özünü qismən təqsirli bilib.
Sübutların ardıcıllığı ilə Firuz Qasımov prosesdə sərbəst ifadə verib. O, ifadəsindən əvvəl məhkəməyə onun psixoloji probleminin olması ilə əlaqədər müalicəyə ehtiyacının olduğunu bildirib. Hakim bu məsələnin Penitensiar Xidmətin səlahiyyətində olduğunu bildirib.
Təqsirləndirilənin ifadəsindən məlum olub ki, onun Günel Abbasova ilə nikahından iki övladı olub. Cütlüyün əsassız səbəblərə görə mütəmadi ailədaxili mübahisələri olub.
Firuz Qasımov ifadəsi zamanı vurğulayıb ki, həyat yoldaşının anası və digərləri bu mübahisələr ərəfəsində Günel Abbasovaya Firuzdan boşanmasını, belə bir kişinin ona lazım olmadığını tövsiyyə etmələri gərginliyi daha da artırıb.
Bir müddət sonra Günel Abbasova küsüb evdən gedib, bir müddət anası və bacısı ilə yaşayıb.
"Bizim ailə işimizə qarışmasaydılar, məni hər durumda Günelin yanında pisləyib gözündən salmasaydılar, bu bədbəxtlik olmazdı. Anası arada gəlib evimizdə bir neçə gün qalırdı. O, gedəndən sonra yoldaşım çox dəyişirdi, mənimlə kobud, pis rəftar edirdi. Yoldaşımın telefonunda çoxlu gizli nömrələr vardı. Bir dəfə oğluma yazdım ki, anan zənglərimə, yazdıqlarıma cavab vermir. Uşaq da qayıdasan ki, ana nömrəsini dəyişib, sən hansı nömrəyə zəng eləmisən? Bu sözlər məni qıcıqlandırdı, özümdən çıxdım. Güneldən soruşdum ki, bu nə deməkdir? Cavab verdi ki, məktəbdən valideynlər, iş yoldaşları yazır, zəngləri qarışdırmaq istəmir.
Həmin gün halım çox pis idi, bütün bədənim əsirdi, qulaqlarımdakı çığırtılardan, qışqırıqlardan havalanmaq dərəcəsinə gəlmişdim. "Koroğlu" metro stansiyasından çıxdım, qulağıma yenə yoldaşımın qışqırıq səsi gəlməyə başladı ki, harada qalmısan, bayaqdan səni gözləyirəm. Onun işlədiyi yerə gələndə yolda qəfildən Günellə qarşılaşdıq, əlində çantalar vardı. Məndən ayrılıb evdən çıxanda atası onu evinə qəbul eləməmişdi, Günel də bacısının evinə sığınmışdı. Yoldaşım mənə dedi ki, get evə, özünə gəl, sonra söhbət edərik. Bu sözlər məni təbdən çıxardı, nə elədim, nə baş verdiyini xatırlamıram. Tək xatırladığım bir qadının qışqıraraq dediyi "sən neylədin?" sözləri idi. Qadının üzünə küt halda baxıb "neyləmişəm ki?" söyləyəndə o, hiddətlə yeri göstərib "görmürsən neylədiyini?" dedi. Mən heç yerə baxmayıb oradan uzaqlaşdım. Bir də ayıldım ki, Biləsuvara gedən taksidəyəm. Məni orada tutdular".
Növbəti iclas sentyabrın 21-nə təyin edilib.
Xatırladaq ki, hadisə 21 yanvar 2026-cı il tarixdə Bakıda baş verib. Belə ki, 40 yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsərək ona boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə hədə-qorxu gəlib. Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Bundan Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub. Qadın hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Qasımov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub.
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO












