Arvadının barmağını sındıran şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Amin Cəbiyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və Amin Cəbiyev cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 2025-ci il fevralın 21-də gecə saat 3 radələrində Abşeron rayonu, Xırdalan şəhərində evlərin birində qeydə alınıb.
Belə ki, Amin Cəbiyev qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı, zərərçəkmiş İradə Kəlbiyeva (adı və soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə təqsirləndirilən şəxsin mobil telefonla başqa qadınla ünsiyyət saxlaması olub. İradə bunu görüb və qısqanclıq zəminində ona irad bildirib. Amin də həmin mübahisə əsnasında əsəbiləşib əli ilə zərərçəkmiş şəxsin sağ əlindən tutub. Sonra o, qadının əlini və barmağını qəsdən sıxaraq burub. Nəticədə İradənin sağ əlinin 1-ci daraq sümüyü sınıb.
Hadisədən sonra Amin Cəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bundan sonra təqsirləndirilən şəxs İradə ona dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Amin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












