Asfalta çırpılan sərnişin: Təqsirkar kimdir?

Füzulidə baş vermiş qəza hamıya məlumdur. “Jiquli” ilə “Toyota”nın toqquşması zamanı sərnişin alın şüşəsindən çıxaraq yola çırpılıb.
Ənənəvi olaraq qəzadan dərhal sonra sosial şəbəkədə məsələ ilə bağlı standart müzakirələr və standart şərhlərə rast gəlirik: sovet maşınları təhlükəlidir, başqa maşın olsa belə olmazdı və s.
Bəli, bu şərhlər doğru olsa da, primitivdir. Məsələni belə qoyaq: tutaq ki, “Jiquli”nin deyil, “Toyota”nın sərnişini bu situasiyaya düşsə necə olardı?
Cavab sadədir: “Toyota”nın alın şüşəsi kuzova çox kip bərkidildiyi üçün sərnişin alın şüşəsinə çırpılaraq ciddi, bəlkə də ölümcül kəllə-beyin travması alacaqdı. Lakin o, bayıra atılaraq digər nəqliyyat vasitəsinin altına düşmək və ya dibi görünməyən dərəyə yuvarlanmaq riski ilə qarşı-qarşıya qalmayacaqdı. Bununla belə, qəza xəsarətsiz də ötüşməyəcəkdi.
Hadisə yerindən çəkilən fotolar sübut edir ki, sərnişinin asfalta çırpılmasında təqsirkar ilk növbədə özüdür. Əgər o, təhlükəsizlik kəmərindən istifadə etsəydi, qəzadan yüngül zədə ilə qurtula bilərdi.
Bu hadisə bir daha göstərir ki, təhlükəsizlik kəməri təkcə sürücü deyil, həm də sərnişinlər üçündür. Sürücülərin çoxu cərimə qorxusundan kəmər taxır. Sərnişinlərin kəmnər taxması qanunun tələbi olsa da, təəssüf ki buna az adam əməl edir. Nəticə də Füzulidəki kimi olur.
Vüqar Yaşaroğlu
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












