"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb" - VİDEO

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, cinayəti mərhumun qayınatası Orucağa Ağayev törədib. O, həmçinin həyat yoldaşı Sevilə də bıçaqla xəsarət yetirib. Orucağa Ağayev saxlanılıb. İlkin versiyaya əsasən, hadisənin "namus üstündə" baş verdiyi bildirilmişdi.
Avtosfer.az-ın məlumatına görə, Günel Ağabəylinin həyat yoldaşı Tayfun Ağabəyli müsahibəsində bildirib ki, atası öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb:
"Biz 2 il idi ailəli idik, çox da xoşbəxt həyatımız olub. Danışmaq çətin olsa da, bunu demək məcburiyyətindəyəm. Mənim atamla, əgər ona ata demək olarsa, biraz mübahisəmiz oldu. O, son bir ayda dəfələrlə mənə deyib ki, övladınız olmur, ayrıl. Bununla bağlı hadisə baş verməmişdən bir gün öncə də söhbətimiz oldu. Hadisə günü isə biz qayınatamgilə getmişdik, evə döndük, sonra mən yenidən evdən çıxdım 1 saatlıq. Geri döndükdə isə artıq hadisə baş vermişdi. Mediada yayılan "namus" söhbəti də yalandır. Mənim atam öz cinayətini yüngülləşdirmək üçün belə bir fikir ortaya atıb. Mənim Günelimi tanıyan hər kəs bilir ki, o necə adamdır. Mən ondan çox razı idim, o mənim cənnət mələyimdir. Allah onun məkanın cənnət eləsin!" (Sonxeber.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












