Atasının evinə hücum edən müharibə iştirakçısı həbs olundu

Naftalanda atasının evinə hücum edən şəxs həbs edilib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 26, mənzil 23-də baş verib. Həmin ünvanda yaşayan Vətən müharibəsi iştirakçısı olmuş Tural Məmmədov (soyad şərtidir) Goranboy rayonuna-atasının evinə gedərək pensiya kartını istəyib. Atası isə kartın Etibar adlı tanışında olduğunu deyib və bildirib ki, bir neçə dəqiqədən sonra kartı alıb ona verə bilər.
Məsələdən qəzəblənən Tural atasını təhqir edərək evdəki əşyaları dağıdaraq mənzildən çıxıb öz evinə gəlib. Atası Turalın ardınca həmin evə getmək istəsə də, Tural atasını evə buraxmayıb.
Atası məsələ ilə bağlı polisə məlumat verib. Hadisə yerinə gələn polislər Turalla söhbət etsələr də, o, polisləri də təhqir edib və onlara müqavimət göstərib.
Tural polis şöbəsinə gətirilib və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Məmmədov 15 sutka həbs edilib.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












