Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ

Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Prosesdə ifadə verən prokurorluq əməkdaşı Vəlixan Allahverdiyev deyib ki, cinayət işi üzrə hesab əməliyyatları ilə bağlı rəy verib:
“Biz Auditorlar Palatasından sonra yoxlama apardıq. Həmin vaxt məlum oldu ki, bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb. Yoxlama 2018-2022-ci illər ərzində aparılmışdı, 2019-cu ilədək pullar kassadan, növbəti illər ərzində isə Auditorlar Palatasından banka, oradan da müxtəlif kartlara köçürülmüşdü”.
Şahid əlavə edib ki, aparılan yoxlama, verilən rəy Gövhər Əhmədova və Vəli Rəhimovun ona verdiyi sənədlər əsasında aparılıb.
Təqsirləndirilən Vəli Rəhimov Gövhər Əhmədovanı saxta sənəd təqdim etməkdə ittiham edib:
“Gövhər xanım mənə 65 nəfərlik siyahını imzalamaq üçün vermişdi. Bizdə maaş maksimun 500 manat olub. Mən 65 nəfərin maaşının cəmini hesablamırdım. Artıq yazılan məbləğ həmin cəmdə yazılıb”.
Sonra təqsirləndirilən Vəli Rəhimovun vəkili mühasibatlıq ekspertizasının aparılması ilə bağlı vəsatət verib. Vəsatət təmin edilib.
Məhkəmənin növbəti iclası iyulun 4-ə təyin olunub.
İttihama görə, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, sığorta ödənişləri, vergi ödənişləri və digər ödənişlər zamanı qohumlarının adlarına kart hesabları açaraq həmin kartlara pul köçürüblər.
Belə ki, sözügedən şəxslər kartlara köçürülən 717 min 311 manat pulu nağdlaşdırma yolu ilə ələ keçirərək mənimsəməkdə təqsirli biliniblər.
Onlar Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinirlər.
Cinayət işi üzrə Auditorlar Palatası zərərçəkən kimi tanınıb.
Bakının mərkəzində yolda çökmə: İri çuxur yarandı - FOTO
Avtobusda bədbəxt hadisə; yaşlı kişi yıxılıb öldü - VİDEO
Ağdamda məktəbli qız Bərdə sakini ilə QOŞULUB QAÇDI - Araşdırma başladı
Bakının məşhur gecə klubunun QARŞISINDA DAVA: İki mühafizəçi həbs edildi
Avtomobildə 72 kq narkotik aşkarlandı; 2 nəfər saxlanıldı - FOTO - VİDEO
Bakıda yolda yaranmış dərin çuxur sürücüyə maddi ziyan vurdu - VİDEO
Maşın yolunu səkiyə çevirən piyada özünə haqq qazandırdı: “O boyda yol sənə azlıq edir?” - VİDEO
Avtomobillərin arasından keçən velosipedçilər təhlükəli vəziyyət yaratdı - VİDEO
Maşının üzərinə uzanan qadınla bağlı açıqlama yayıldı - Nəzarətdən yayınaraq ... VİDEO
Skuterlə əks yola çıxan məktəbli avtomobillərin üzərinə sürdü, son anda… - VİDEO
Yol verməmək üçün maraqlı bəhanə: “Maşınım xarab olub” dedi - VİDEO










