Avropadan gələn turist qatarı daşqalaq edildi

Qırğızıstanda Avropadan gələn turistləri daşıyan qatar vandalizm aktına məruz qalıb.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə cümə günü “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qırğızıstan dəmir yolunun Kant-Alamədin hissəsində naməlum şəxslər İssık-Kul vilayətinin Balıqçı şəhərindən gələn turist qatarını daşa basıb, vaqonların şüşələrini sındıraraq vandalizm aktı törədiblər. Hadisə ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Bu cür hərəkətlər sərnişinlər üçün ciddi narahatlıq yaratmaqla yanaşı, həm də onların təhlükəsizliyini birbaşa təhdid edir. Respublikamızın beynəlxalq imicinə mənfi təsir göstərən cinayət əməlləri nəticəsində qonaqların zərər çəkməsi xüsusilə yolverilməzdir”, - deyə şirkətdən qeyd ediblər.
Avropadan gələn ilk turist qatarının marşrutu Özbəkistan, Qırğızıstan və Qazaxıstanı əhatə edir. Qatar 11 vaqondan ibarətdir və sərnişinlərin ümumi sayı 80 nəfəri ötür.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












