Avtobus sürücüsü zolaqdan çıxıb yarış keçirdi; qəza təhlükəsi yaratdı - VİDEO

Bakının Sabunçu rayonu ərazisində 197 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus xüsusi ayrılmış zolaqdan çıxaraq təhlükəli ötmə edib. Avtosfer.az xəbər verir ki, hadisə sürücülərdən birinin avtomobilinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Avtobus sürücüsü qarşıdakı avtobusu ötmək üçün öz zolağından çıxıb və minik avtomobilinin üstünə sürüb. Nəticədə minik avtomobilinin sürücüsü qəzadan yayınmaq üçün qarşı yola çıxmalı olub.
Məsələ ilə bağlı AYNA-dan oxu.az-a bildirilib ki, manevretmə, geridönmə və müxtəlif maneələrlə rastlaşdığı təqdirdə avtobuslar onlar üçün ayrılmış zolaqdan kənara çıxmaq məcburiyyətində qalırlar:
"Bu kimi hallar olmadığı təqdirdə avtobuslar təşkil edilmiş zolaqla hərəkət etməlidirlər. Bununla bağlı daşıyıcılarla iş aparılır. Onlara sürücülərin sərnişindaşıma və yol hərəkəti qaydalarına riayət etmələri ilə bağlı maarifləndirici söhbətlərin aparılması tapşırığı verilir".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli isə qeyd edib ki, videogörüntü ilə bağlı hazırda araşdırma aparılır.
"Avtobus sürücüsü müəyyən olunaraq, barəsində qanunvericiliyə uyğun tədbir görüləcək".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












