Avtomobil piyada keçidinə düşdü - VİDEO - YENİLƏNİB

Biləcəri-Lökbatan yolunda baş verən avtoqəzanın bəzi detalları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev cavab olaraq bildirib ki, hadisə bu gün saat 7:15-də baş verib:
"Elşad Elqam oğlu Abbasov 90-MG-124 dövlət nömrə nişanlı avtomobili ilə Bakı Kənar Dairəvi yolda hərəkətdə olarkən idarəetməni itirərək onu maneəyə çırpıb. Nəticədə avtomobil aşaraq piyada keçidinə düşüb. Hazırda faktla bağlı araşdırma aparılır".
***
Bakıda avtomobil piyada keçidinə düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə Biləcəri-Lökbatan yolunda olub.
Belə ki, minik avtomobili idarəetməni itirərək yeraltı piyada keçidinə düşüb.
Sürücünün xəsarət aldığı bildirilir.
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












