Avtomobil salonuna partlayıcı atıb qaçan şəxs axtarılır - VİDEO

Polis avtomobil salonuna əldəqayırma partlayıcı ataraq qaçan şübhəli şəxsi axtarır. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 14-də Türkiyənin İstanbul şəhərində baş verib.
Məlumata görə, şəhərin Bağcılar rayonu 100 il məhəlləsində şəxsiyyəti məlum olmayan şübhəli şəxs avtomobil salonuna gəlib. Cinayətkar mağaza müdiri B.Ş.-yə zəng edərək onu çölə çıxardıqdan sonra əldəqayırma partlayıcını avtomobil salonuna ataraq qaçıb. Partlayış nəticəsində salonun pəncərələri və içərisi zədələnib, ölən və yaralanan olmayıb.
Ətrafdakı şəxslərin xəbər verməsindən sonra hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları gəlib. Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri həyata keçiriblər. Müəssisə sahiblərinin təxminən 1 ay əvvəl bir qrup tərəfindən təhdid edildiyi məlum olub.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış təbirləri həyata keçirilir.
Namiq Musayev
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












