Avtomobildə sıxılı qalan sərnişinin meyiti çıxarıldı - YENİLƏNİB

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində qeydə alınıb. Rayon sakini, 36 yaşlı Elşən Səmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 36 yaşlı İsa Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***09:30
Qəbələ rayonunun Zarağan kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisəyə səbəb “Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması olub.
Nəticədə sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü sürücü Səmədov Elşən Əli oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Həmçinin, xilasedicilər şəxsiyyəti məlum olmayan sərnişinin meyitini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












