Avtomobilin şüşəsinə yazılmış kəlmeyi-şəhadəti terrorizmin təbliği hesab etdilər - FOTO

Rusiyada islamın sütunlarından biri olan kəlmeyi-şəhadətin avtomobilin arxa şüşəsində yerləşdirilməsini terrorizmin təbliği kimi tanıyıblar.
Avtosfer.az Oxu.az-a istinadən məlumatına görə, Rusiya Ədliyyə Nazirliyinin şok qərarı barədə vəkil Kaloy Axilqov məlumat verib.
Bu qərar 2024-cü ilin sentyabrından öz avtomobilinin üzərində Rusiyada qadağan edilmiş "Taliban" hərəkatının simvollarını və kəlmeyi-şəhadəti yerləşdirməkdə ittiham olunan gənc oğlanın işi çərçivəsində verilib.
Axilqovun sözlərinə görə, Moskva Tədqiqat Mərkəzinin ilkin ekspertizası kəlmeyi-şəhadət yazısında terrorizmin heç bir təbliğini tapmayıb və onun müsəlman dininin fundamental elementi olduğunu vurğulayıb. Lakin istintaq bu nəticələrdən razı qalmayıb və Ədliyyə Nazirliyi təkrar ekspertiza təyin edib ki, bu da kəlmeyi-şəhadəti "Əl-Qaidə" terror təşkilatı ilə əlaqələndirib və onu ekstremist kimi tanıyıb.
Kəlmeyi-şəhadət - tək Allaha imanın şəhadəti və islamın beş sütunundan birincisidir. Bu kəlmənin söylənməsi insanın islam dinini qəbul etməsi deməkdir. Din alimləri-ekspertlərinin iştirakı olmadan Ədliyyə Nazirliyinin verdiyi ziddiyyətli qərarla əlaqədar olaraq vəkil Axilqov Rusiya Müsəlmanları Dini İdarəsinin Üləmalar Şurasından izahat istəyib.
Axilqov hesab edir ki, bu qərarın səbəbi Rusiya Ali Məhkəməsinin "Taliban"ın fəaliyyətinə qoyulan qadağanın götürülməsi barədə son qərarıdır. Bu o deməkdir ki, "Taliban" üzvləri ilə bağlı epizod üzrə ittiham artıq qüvvədə deyil və istintaq sözügedən gəncin istintaq təcridxanasında saxlanmasını hər vəchlə əsaslandırmalıdır.
"İstintaq odla oynayır - bu o hal deyil və buna dəyməz, sözün düzü", - deyə vəkil vəziyyətin absurdluğunu vurğulayıb.

Deputatın da içində olduğu maşın aşdı - Ölən və yaralananlar var
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












