Avtoxuliqan kimi tutuldu, vəsiqəsi əlindən alındı - Məhkəmədə qalib gəldi - FOTO

Avtoxuliqanlıq maddəsi ilə barəsində protokol tərtib edilən sürücü məhkəmədə qalib gəlib.
Bu barədə Avtosfer.az-a müraciət edən sürücü Yusif Cahangir oğlu Sadıqov bildirib ki, avqustun 1-də, saat 21:30 radələrində idarə etdiyi 77-YR-672 dövlət nömrə nişanlı “Chevrolet Malibu” markalı avtomobillə Salyan rayonunda hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək avtomobili duracağa yerləşdirilib. Hadisə zamanı Salyan rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına etirazını bildirən sürücünün dediyinə görə, avqustun 4-də Salyan rayon Məhkəməsi ona tətbiq edilən protokolu təsdiqləyib.
Qərara əsasən, Yusif Sadıqovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və 500 manat məbləğində cərimə tətbiq olunub. Bu qərarla razılaşmayan sürücü Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib və qalib gəlib: “Avqustun 1-də saat 21:30 radələrində idarə etdiyim “Chevrolet” markalı avtomobillə Salyan dairəsi istiqamətində hərəkətdə olarkən üzrlü səbəbdən qəfil geri döndüm. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozdum. Hadisə baş verən zaman ərazi üzrə xidmət aparan YPX əməkdaşları tərəfindən mənə “saxla” əmri verildi və dayandım. Daha sonra mənə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiylə yanaşı 332.1 və 511.1.3-cü maddələrini pozduğum bildirildi və maşınım cərimə meydançasına aparıldı. Avtoxuliqanlıq etmədiyimi və bu xətanı törətdiyim halda belə avtomobilin duracağa yerləşdirilməsinin qanuna zidd olduğunu bildirsəm də heç bir nəticəsi olmadı.
Avqustun 4-də keçirilən məhkəmə prosesində bu qərarının ləğv edilməsini, barəmdə çıxarılan inzibati tənbeh tədbirinin qanunsuz hesab edilməsini, təqdim etdiyim dəlillərin nəzərə alınaraq barəmdə bəraətverici qərar çıxarılmasını xahiş etdim. Lakin məhkəmə irəli sürdüyüm sübutlara baxmayaraq avtoxuliqanlıq etdiyimə dair qərarı əsas tutdu və tərtib olunmuş protokola xitam vermədi. Daha sonra barəmdə qəbul olunmuş qeyri-obyektiv qərarla bağlı Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim.
Sentybarın 8-də keçirilən məhkəmədə təqdim etdiyim videogörüntülərə baxılaraq idarə etdiyim nəqliyyat vasitəsi ilə İXM-in 511.1.3-cü maddəsinə əsasən, yolun səthində təkərlərin sürtünməsi səslərini çıxarmadığım və çoxsaylı təkər izləri buraxmadığım sübuta yetirildi. Görüntüdə sadəcə olaraq dairəvi yola daxil olmadan geriyə döndüyüm əks olunmuşdu. Bu qayda pozuntusunun cəriməsini də ödədim.
Şərh olunanları və İnzibati Xətalar Məcəlləsinin 53, 134 və 137-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi şikayətimi təmin etdi və avqustun 4-də keçirilən məhkəmədə barəmdə qəbul olunmuş qərarı ləğv etdi. Buna baxmayaraq, mən həmin polis əməkdaşlarından və Salyan rayon Məhkəməsinin hakimindən şikayətçiyəm”.
Xatırladaq ki, sürücünün avtoxuliqanlıq etməsiylə bağlı avqustun 4-də saytımıza məlumat daxil olmuş və xəbər kimi yayımlanmışdır.
Nərmin


Bakıda kameranın altında avtomobillərdən oğurluq edənlər tutuldu - VİDEO
Yaponiya müharibəyə hazırlaşır; ordu xərcləri artırıldı - POLİTOLOQ
Zavodda quraşdırılan qaz balonu da partlaya bilər - FOTO - VİDEO
Xətaidə təhlükə: Külək işıq dirəyini yerindən oynatdı - VİDEO
Gecə vaxtı yolu qaçaraq keçən gənc qəza şəraiti yaratdı - VİDEO
Sürücülərin diqqətinə; Bu yolda asfalta uzanıb sizi tələyə salmaq istəyə bilərlər - VİDEO
Yardımlı–Deman yolunda təhlükəli vəziyyət: Hər an çökmə ola bilər - FOTO
Qayda pozan qadın piyada görün sürücünü necə günahkar çıxardı - VİDEO
Naxçıvanda avtomobil aşıb: Bir nəfər öldü - VİDEO
Gəncədə yük maşını yanıb kül oldu - FOTOLAR
Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO










