Azərbaycan Ordusunun hərbçisi vəfat edib - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Müzəffər Vəliyev vəfat edib. Avtosfer.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Bildirilib ki, 20 gün əvvəl M.Vəliyevin səhhətində ciddi problemlər yaranıb. O, kəskin baş ağrılarından əziyyət çəkirmiş. Bakıda Milli Onkoloji Mərkəzində müayinə zamanı M.Vəliyevin başında şiş aşkarlanıb və əməliyyat olunub. Lakin əməliyyatdan sonra hərbçinin durumu daha da ağırlaşıb və vəfat edib. Mərhum sentyabrın 11-də Gədəbəy rayonunun Şahdağ kəndinin qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Müzəffər Aydın oğlu Vəliyev 1986-cı il noyabrın 1-də Gədəbəyin Çobankənd kəndində anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. M.Vəliyev 44 günlük Vətən müharibəsində sürücü kimi iştirak edib və işğaldan azad olunan ərazilərə təminat çatdıran əsas sürücülərdən biri olub. O, "Kəlbəcər azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib. Mərhumun 3 azyaşlı övladı var. Onun atası Aydın Vəliyev Qərb bölgəsində tanınmış aşıq olub.
Allah rəhmət eləsin!




Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












