Azərbaycana külli miqdarda qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub

Dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyalarını Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən Səbinə Sabir qızı Əliyeva, Kəmalə Məmməd qızı Məmmədova və Səbinə Ravil qızı Nəsibovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az-ın "Report" a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Sonra dövlət ittihamçısı çıxış edib. O, hər 3 təqsirləndirilən şəxsin 7 il müddətə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs olunmasını istəyib.
Daha sonra təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhrum etmə) maddəsi tətbiq edilib. Belə ki, xanım müttəhimlərə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
İttihama görə, onlar dəyəri 100 min manatdan çox olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib.
İttihamda qeyd olunub ki, Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyev adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalə Məmmədovanın özünə ötürmək istəyib. Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.
Qeyd edək ki, hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.
Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılığa cəhd maddəsi ilə ittiham olunublar.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












