Azərbaycanda 17 yaşlı gənc doğuşa girdi: Körpəsi öldü - YENİLƏNİB

İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.
Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib:
"Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04:00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub".
***
Masallıda körpə ölümü qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, Masallı rayonunun Böyük Təklə kənd sakini 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı Rayon Mərkəzi Xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib.
Ananın müayinəsi aparılıb və Lənkəran Regional Perinatal Mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb.
Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.
Yaxınları bildirirlər ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Qaçaraq özünü maşına çırpan piyada hadisə yerində öldü - ANBAAN VİDEO
Heydər Əliyev prospektində təhlükəli asfalt motosikletçiləri riskə atır - VİDEO
Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO
211 nömrəli avtobusda sürücü skuterə görə uşaqla ananı avtobusa buraxmadı - VİDEO - YENİLƏNİB
Tovuzda narkotik əməliyyatı - İki nəfər həbs edildi - FOTO
Bu yolda çuxurlar sürücüləri çətin vəziyyətə salır - VİDEO
Ekspedisiya gəmisində epidemiya aşkarlandı
Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı
Taksi sürücüsü geyimi çirkli olan sərnişini çəkiclə döydü - Cinayət işi açıldı - FOTO
Salyandakı qəzada ölənlərin FOTOLARI
Avtomobilin önünə qəfil çıxan azyaşlı velosipedçi qorxulu anlar yaşatdı - VİDEO










