Azərbaycanda mobil telefonlar güdülür? - Həbs olunan var

Bakı Şəhəri Səbail Rayon və Bakı Apellyasiya məhkəmələrində Əliyev Tural Rasim oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı işin məhkəmə prosesləri keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 – “Kompüter sisteminə qanunsuz daxil olma”, 272.2.1 – “Kompüter məlumatlarını qanunsuz ələ keçirmə” və 273-1.1-ci “Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi” maddələrilə ittiham olunaraq həbs edilib.
“Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.
Vəkili Əzizağa Qafarov təqsirləndirilən şəxs Tural Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı apelyasiya məhkəməsinə müraciət edib.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












