Azərbaycanda şadlıq sarayından 13 yaşlı qızı qaçırdılar - Anam bir gün sonra bildi...

İmişlidə 38 yaşlı kişi yetkinlik yaşına çatmayan qızı qaçırıb və sonra onunla intim əlaqədə olmaqda ittiham edilib.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Rüfət İmişli şəhərində yerləşən şadlıq sarayında keçirilən toy şənliyi zamanı qohumu, yetkinlik yaşına çatmayan Firuzəni (adlar şərtidir – red.) evlənmək məqsədilə qaçırıb. Bakı şəhərində müxtəlif ünvanlarda birlikdə yaşadıqdan sonra onu yenidən İmişli rayonunun kəndində yerləşən evinə gətirib.
İstintaq sənədlərinə görə, həmin evdə birgə ər-arvad münasibətində yaşadıqları müddətdə müxtəlif günlərdə Firuzə ilə səkkiz dəfə təbii yolla cinsi əlaqədə olub.
Rüfət barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə İmişli şəhərində yerləşən şadlıq sarayında əmisi oğlunun toyunda olub:
"Mən toyda Firuzəni gördüm və xoşuma gəldi. Sonra Firuzəyə yaxınlaşaraq evlənmək istədiyimi və fikrimin ciddi olduğunu dedim. Firuzə də həmin vaxt razı oldu. Lakin sonradan fikrini dəyişdi. Toyda Firuzə ilə tanış olan zaman ona evlənmək istədiyimi, istəsə, birlikdə gedə biləcəyimizi dedim. O da razı oldu. Həmin vaxt hamının başı rəqsə qarışmışdı. Mən Firuzəni qucağıma götürərək qaldırdım və zalın giriş qapısına qədər gətirdim. Sonra yerə qoydum və əlindən tutaraq saraydan çıxdım".
Təqsirləndirilən şəxs deyib ki, Firuzəni avtomobilə əyləşdirib və birlikdə Xırdalan şəhərində kirayə yaşadığı evə gediblər:
"Mən Firuzəyə ilk dəfə yaxınlaşanda ondan yaşını soruşdum və o, 17 yaşında olduğunu dedi. Həmin gün axşam atam Vahid zəng edərək nə etdiyimi, qızı nə üçün qaçırdığımı soruşdu. Mən də qızın özünün könüllü gəldiyini dedim. Atam qızın azyaşlı olduğunu bildirdi. Mən bu barədə Firuzədən soruşanda o, 17 yaşı olduğunu, lakin doğum haqqında şəhadətnaməsi gec götürüldüyü üçün yaşının az qeyd olunduğunu bildirdi. Atamla telefonda danışan zaman Firuzənin valideynlərinin polisə müraciət etdiyini, polisin araşdırma apardığını öyrəndim. Biz Xırdalanda üç gün qaldıqdan sonra birlikdə İmişli rayonunun kəndinə gəldik. Həmin vaxt adını xatırlamadığım bir nəfər polis əməkdaşı evimə gəldi və Firuzədən izahat aldı. Polis əməkdaşı mənə Firuzənin yaşının az olduğunu və onunla evlənməyimin mümkün olmadığını bildirdi, sonra getdi. Firuzə təxminən yeddi-səkkiz ay evimdə qaldı. Mən həmin vaxt Kürdəmir rayonu ərazisində "ASAN xidmət" mərkəzinin binasının tikintisində işləyirdim. Sonra Firuzə ilə dini kəbin kəsdirərək ailə qurduq. Kəbindən təxminən beş ay sonra isə Firuzə ilə onun könüllü razılığı əsasında bir dəfə təbii yolla cinsi əlaqədə olduq".
İş üzrə zərərçəkmiş Firuzənin sözlərinə görə, ailəsi ilə birlikdə İmişli şəhərindəki şadlıq sarayına toy məclisinə gedib:
"Orada olarkən anamın əmisi oğlu Rüfət məni oynamağa dəvət etdi. Bu zaman Rüfətin dostları ortada dairəvi bir vəziyyət yaratdılar və Rüfətin məni qaçıraraq aparması üçün şərait yaratdılar. Rüfət də məni toyun ortasında qaldıraraq kürəyinə atdı və qaça-qaça saraydan çıxardı. Bu zaman anam da oynamaq üçün zalın o biri başına getdiyindən məni görmədi və qaçırılmağımdan sonradan xəbər tutdu. Rüfət məni sarayın həyətində ağ rəngli, markasını tanımadığım maşına mindirərək özü ilə apardı. O, mənə qarşı heç bir zor tətbiq etmədi, öz iradəmlə getdim. Biz Bakı şəhərində Rüfətin xalası evinə getdik. Valideynlərim polisə xəbər verdiklərindən polis əməkdaşları bir gün sonra Rüfətə zəng etdilər və məni geri qaytarmasını tələb etdilər".
Zərərçəkmiş qeyd edib ki, səhəri gün Rüfət onu tanımadığı bir qız dostunun evinə aparıb:
"Biz bir gün həmin evdə qaldıqdan sonra Rüfət məni özü ilə İmişli rayonunun kəndinə, öz evlərinə gətirdi. Biz birlikdə Bakı şəhərində olarkən cinsi əlaqədə olduq. İmişli rayonuna gəldiyimiz gün Rüfət yenidən işləmək üçün Bakıya qayıtdı. Mən həmin evdə Rüfətin atası və anası ilə birgə yaşadım. Təxminən səkkiz ay Rüfətin evində, onun ailəsi ilə birlikdə qaldım. Bu müddət ərzində Rüfət ayda bir-iki dəfə rayona gəlib-getdi. Amma heç gəlmədiyi vaxtlar da olub. Rüfət rayona gəlib-getdiyi müddətdə onunla könüllü iradəm və razılığım əsasında cinsi əlaqədə olmuşam".
Firuzənin ifadəsinə görə, bir müddət sonra Rüfət kənddə onun yanında olarkən anası Mahirə adlı qadın onunla yaxşı rəftar etməyib:
"Lakin Rüfət Bakıya getdikdən sonra Mahirənin mənimlə münasibəti dəyişdi, məni ev işləri görməyə məcbur etdi. Rüfət rayona gələndə məni anamgilə baş çəkmək üçün aparırdı. Bu zaman anama Mahirənin mənimlə pis rəftar etdiyini dedim. Anam isə mənə oraya özüm getdiyimi, Rüfətlə öz razılığım əsasında evləndiyimi, ona görə də dözməli olduğumu bildirdi. Amma vəziyyətin daha da pisləşdiyini gördükdə kənddə Rüfətin evinin qonşuluğunda yaşayan nənəmgilə getdim. Daha orada qalmaq istəmədiyimi bildirdim. Nənəm anama zəng edərək mənim onlarda olduğumu və daha Rüfətgildə qalmaq istəmədiyimi bildirdi".
İmişli Rayon Məhkəməsinin hökmü ilə Rüfət 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO












