Azərbaycanəsilli 6 nəfərin həbs müddətini uzadılıb

Yekaterinburqun Verx-İsetski rayon məhkəməsi ötən illərdə törədilmiş qətldə ittiham olunan azərbaycanəsilli şəxslərin - Səfərov qardaşları (5 nəfər) və Əhliman Gənciyevin istintaq təcridxanasında həbs müddətini uzadıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məhkəmələrin birləşmiş mətbuat xidmətinə istinadən məlumat yayıb. "Yekaterinburqun Verx-İset Rayon Məhkəməsi Səfərov Kamal Qədimalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu və Səfərov Bakir Mehdi oğlu və Gənciyev Əhliman Sətdar oğlunun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin vəsatətlərini nəzərdən keçirib. Materiallara baxdıqdan sonra, məhkəmə müstəntiqin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxslərin həbs müddətini 2025-ci il oktyabrın 19-dək uzadıb", - məlumatda bildirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












