Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı

Azərbyacanəsilli məşhur müğənni Emil Kadırov Rusiyada saxlanılıb.
"Telegram" kanalı məlumat verir ki, artist "Puşkin kartı" ilə 1.3 milyon rubl (26.2 min manat) məbləğində dələduzluqda şübhəli bilinir.
Məlumata görə, Kadırov "Eldar" kinokonsert zalının bədii rəhbərinin müavini vəzifəsində çalışan tanışı Yelena Qurko ilə birlikdə fəaliyyət göstərib.
İstintaq hesab edir ki, Kadırov və Qurko konsert zalı vasitəsilə müğənninin mövcud olmayan konsertlərinə biletlər təqdim edib, sonra isə onları "Puşkin kartları" vasitəsilə alıblar və beləliklə dövlət büdcəsindən köçürmələr əldə ediblər.
Xüsusi təyinatlı qüvvələr artıq Emil Kadırovu saxlayıblar, Moskva İstintaq Komitəsi isə xüsusilə iri məbləğdə dələduzluq faktı üzrə cinayət işi açıb. Əgər ifaçının təqsiri sübut olunarsa, ona ciddi həbs cəzası təhlükəsi yarana bilər.
Emil Kadırov 1993-cü il iyunun 25-də Bakıda anadan olub. O, Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbini klassik gitara sinfi üzrə bitirib. Kadırov 2015-ci ildə "Qolos" şousunda iştirakından sonra böyük şöhrət qazanıb, burada o, Aleksandr Qradskinin komandasında 1/4 finala qədər irəliləyib. 2017-ci ildə müğənni "Vo ves qolos" layihəsində məşqçi kimi çıxış edib, 2018-ci ildə isə "Novaya volna" müsabiqəsinin xüsusi mükafatını alıb. Hazırda Emil Kadırov Aleksandr Qradskinin "Qradskiy Holl" Teatrının solistidir.
Qeyd etmək lazımdır ki, "Puşkin kartı" - Rusiya hökuməti tərəfindən 2021-ci ildə gənclər arasında mədəni tədbirləri populyarlaşdırmaq məqsədilə başladılmış xüsusi proqramdır. Kart 14-22 yaş arası gənclərə muzeyləri, teatrları, konsert zallarını və digər mədəniyyət müəssisələrini federal büdcə vəsaiti hesabına ziyarət etmək imkanı verir. /Modern.az
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü
Milyard yaşlı muzey eksponatları oğurlandı
Bölgədə ən uzun qatar səfərləri: Azərbaycanda məsafə nə qədərdir? – ARAŞDIRMA
Yasamalda təhlükəli anlar: Piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Qəbələdə maşın iki kişi piyadanı vurdu - VİDEO
Bakıda velosiped oğurlayan şəxs KAMERAYA DÜŞDÜ - VİDEO
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO










