Azərbaycanlı qadının müəmmalı ölümü ilə bağlı istintaq başlayıb

Gürcüstanın Bolnisi Bələdiyyəsinin Saraçlı (Mamxuti) kəndində azərbaycanlı yaşlı bir qadının evində ölü tapılması faktı üzrə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən istintaq başladılıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır.
Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, aprelin 6-sı axşam saatlarında Bolnisi rayonunun Saraçlı kəndində tək yaşayan 71 yaşlı qadının meyiti onun yaşadığı evdə aşkar olunub. Qadından xəbər ala bilməyən qonşular onun evinə yaxınlaşıblar. Qapının bağlı olduğunu görən şəxslər qapını sındıraraq içəri daxil olublar və qadını ölmüş vəziyyətdə tapıblar. Evin içərisində qan izləri də aşkarlanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












