Azərbaycanlı zəvvarları daşıyan təyyarə Bakıya eniş edib - VİDEO (YENİLƏNİB)

İranın Rəşt şəhərindəki hava limanına təcili eniş edən AZAL-a məxsus sərnişin təyyarəsi artıq Bakıya qayıdıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, həcc ziyarətində olmuş zəvvarların ilk qrupunu daşıyan hava gəmisi təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş həyata keçirib.
***
İranın Rəşt şəhərindəki hava limanına təcili eniş edən AZAL-a məxsus sərnişin təyyarəsi artıq havaya qalxıb. Məlumata görə, göyərtəsindəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbindən məcburi eniş edən hava gəmisi hazırda Bakı istiqamətində hərəkət edir.
***
Azərbaycanlı zəvvarları daşıyan təyyarənin İrana təcili eniş etməsinin təfərrüatı məlum olub.
Məlumata görə, Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən AZAL-a məxsus təyyarədə sərnişinlər arasında fiziki məhdudiyyətli şəxs də olub.
Belə ki, sözügedən zəvvar, Tural Mehdiyev əlil arabasında hərəkət edib.
Uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən təyyarə heyəti təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıb. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar.
Hazırda müvafiq protokollar imzalanıb. Uçuşun baş tutması üçün hazırlıqlar görülür.
***
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a təyyarədə olan zəvvarlardan biri məlumat verib.
Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












