Azyaşlı velosipedçilər yük maşını ilə toqquşmadan son anda xilas oldular - VİDEO

Paytaxtın Nizami rayonu, Məmməd Səid Ordubadi və Əlif Hacıyev küçələrinin kəsişməsində təhlükə yaradan velosipedçilər anbaan görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrdan da göründüyü kimi, velosiped sürən azyaşlılar yola baxmadan yolayrıcına daxil olublar. Nəticədə onlardan biri sol tərəfdən gələn yük maşınına çırpılmaqdan son anda xilas olub. Digəri isə saniyə ilə baş verəcək qəzadan qurtulub. İzləyicinin sözlərinə görə, sözügedən ərazidə demək olar ki, belə xoşagəlməz mənzərə tez-tez müşahidə edilir. Eyni zamanda o, azyaşlıların dəfələrlə qəza riskinə səbəb olduqlarını əlavə edib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, 14 yaşdan aşağı şəxslərin velosipedlə yola çıxması qadağandır. Təbii ki, bu halda uşağın valideynləri məsuliyyət daşıyır.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












