Bacısını hamamda başqası ilə yaxaladı, ürəyindən bıçaqlanaraq ÖLDÜRÜLDÜ - YENİLƏNİB

Cəlilabad şəhərində münaqişə zəminində baş vermiş bıçaqlanma hadisəsi qətllə nəticələnib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhər ərazisində baş verib.
Cəlilabad rayon Səttərxan küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu yaşadığı ünvanda bıçaqlanaraq qətlə yetirilib.
Yaxınlarının bildirdiyinə görə, Bəhruz Hüseynov axşam saatlarında işdən evə qayıtdıqdan sonra hamam otağından gələn səsləri eşidib. Evdə bacısı qızının da olması səbəbilə əvvəlcə vəziyyətdən şübhələnməyib. Lakin hamamın qapısını açdıqda orada bacısı ilə birlikdə yad bir şəxsi - Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.
Bundan sonra isə Orxan Əkbərov cibindən çıxardığı bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə bir zərbə endirib. İkinci zərbəyə isə mərhumun həyat yoldaşı mane olub. Hadisəni törədən Orxan Əkbərov isə hadisə yerindən qaçaraq gizlənib.
Ağır yaralanan Bəhruz Hüseynov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Məlumata görə, mərhum avtomobil ustası kimi fəaliyyət göstərib, ailəli olub və iki övladı olub.
Bəhruz Hüseynov doğulduğu rayonda dəfn olunub.
***10:06
Cəlilabad rayonunda 37 yaşlı kişi küçədə qətlə yetirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 29-da, axşam saatlarında Cəlilabad şəhərinin Səttərxan küçəsində baş verib.
Şəhər sakini, 1988-ci il təvəllüdlü Bəhruz Hüseynov küçədə ürəyindən bıçaqlanıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov saxlanılıb.
Piyada keçidindən istifadə etməyən piyadanı maşın vurdu - VİDEO
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
Sumqayıtda avtomobil təmiri sexi yandı - VİDEO
Kiberpolis əməliyyat keçirdi: SAXLANILANLAR VAR - VİDEO
Saxta tarixi məkan düzəldən şəxsə həbs və cərimə cəzası - FOTO
Maşinistsiz qatarlar toqquşdu - 18 İLDƏ İLK DƏFƏ
Tovuzda DƏHŞƏTLİ QƏTL - Öldürülən qadının və tutulan qohumun FOTOLARI - YENİLƏNİB
“BMW” yanıb kül oldu - FOTOLAR
Avtomobilini baha satmaq istədi: 11 min manat CƏRİMƏLƏNDİ
Zərdabda 1 hektarlıq ərazini yandıran şəxs saxlanıldı - FOTO
Süni intellekt 5 nəfəri ölümdən xilas etdi










