Bakı küçələrində şam ağacı kimi bəzədilmiş “SantaBus” avtobusu - VİDEO

Paytaxtda “Yeni ilə” görə bəzədilmiş avtobusun görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Avtosfer.az xəbər verir ki, 99-XT-639 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü nəqliyyat vasitəsinin üzərinə işıq cihazları quraşdırıb. Hətta nəqliyyat vasitəsinin ön alın şüşəsinə işıqla “SantaBus” və “2025” yazıları qeyd olunub. Lakin kadrlarda da göründüyü kimi, avtobus sərnişin daşımır.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri sözügedən nəqliyyat vasitəsinin Mehdiabad - Azadlıq prospekti marşrut xətti üzrə hərəkət edən 108B saylı sərnişin avtobusunun olduğunu bildiriblər.
Xatırladaq ki, avtomobilə əlavə işıq cihazlarının quraşdırılması qəzalara gətirib çıxarır. Bu, digər hərəkət iştirakçılarının fikrini yayındırmaqla yanaşı avtomobildə qısaqapanmaya və yanğına səbəb ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinə əsasən, avtomobilə qanunsuz işıq cihazlarının quraşdırılmasına görə 150 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














