Bakı sakini yerə siqaret atdı, 300 manat CƏRİMƏLƏNDİ

Ötən ildən etibarən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılıb. Avtosfer.az xəbər verir ki, həmin qaydaya əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb.
Lakin vətəndaşların bu məsələdə məlumatsız olmaları onların yüksək məbləğdə cərimələnmələri ilə nəticələnir.
Məsələ ilə bağlı müraciət edən paytaxt sakini bildirib ki, qanuna dəyişiklikdən xəbərsiz olub, Yasamal rayonu ərazisində siqaret çəkib və siqaret kötüyünü yerə atıb. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıblar və protokol tərtib olunub, 300 manat cərimələnib.
Xatırladaq ki, qanuna əsasən eyni əməlin bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur (milli.az).
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












