Bakı-Xudat avtobusu yolda qaldı: Sərnişinlərə yeni nəqliyyat vasitəsi verildi

Bakıdan Xudat istiqamətində hərəkət edən sərnişin avtobusu yolda qalıb.
Avtosfer.az xəbər verir ki, oxu.az-a daxil olan şikayətdə sərnişinlərin verdiyi məlumata görə, avtobusda texniki nasazlıq yaranıb və bir müddətdir ki, kömək gözləyirlər. Onların sözlərinə görə, hadisə nəticəsində yolda qalan insanlara heç bir alternativ nəqliyyat vasitəsi təqdim olunmayıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bu gün Bakı-Xudat reysi ilə hərəkət edən 27-TA-080 dövlət qeydiyyat nişanlı avtobusun elektron sistemində yaranan texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsinin Siyəzən rayonu ərazisində yolda qaldığını təsdiqləyib.
O bildirib ki, daşıyıcıya dərhal məlumat verilib:
"Reysin istismarçısı "Uğurlu yol" MMC xəttə ehtiyat nəqliyyat vasitəsi çıxararaq sərnişinlərin daşınmasını təmin edib".
Qurum rəsmisi vurğulayıb ki, hər bir avtobus reysqabağı texniki yoxlamadan keçirilir:
"Texniki baxış zamanı isə sonradan elektron sistemdə yaranan xətanı aşkarlamaq mümkün deyil".
"Nazirlər Kabinetinin qərarına əsasən, AYNA tərəfindən keçirilən müsabiqələrdə şərtlərdən biri də daşıyıcılar tərəfindən əsas avtobuslarla yanaşı ehtiyat nəqliyyat vasitələrinin təqdim olunmasıdır. Bu kimi texniki problemlər yaranan zaman qısa vaxt ərzində bu ehtiyat nəqliyyat vasitələri sərnişinlərin təhlükəsiz və rahat mənzil başına çatmalarını təmin edir", - deyə T.Orucov qeyd edib.
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu
Qayda pozan sürücü onu çəkən qadın sərnişini təhqir etdi - VİDEO
Yaşayış kompleksində park edilmiş “Hyundai” bir anda alova büründü - VİDEO
Heyvanlardan qazanc əldə edən “Bio Garden”də itlər acınacaqlı vəziyyətdədir - VİDEO
Kürdəmirdə sürücü avtomobillə iti vurdu; sürüb qaçdı – VİDEO
Yanğın zavodun boş anbar ərazisində baş verib - “Azərsun Holdinq”dən açıqlama - FOTO - YENİLƏNİB
Aviaşirkət rəhbəri kerosinin bahalaşmasını arzulayır
Süni intellekt dövlət qurumunun saytını sındırdı, 3 ay sonra xəbər tutdular
Ərəb şeyxi lüks otelin pulunu ödəməyib qaçdı – 1 MİLYONLUQ İDDİA - FOTO












