Bakıda 18 yaşlı gənc 22 nəfərə qarşı cinayət törədib

18 yaşlı Kənan Bakıda 22 nəfərə qarşı cinayət törədib. Kənan telefonunu, mopedini satmaq istəyən şəxsləri aldadıb.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Kənan hər dəfə eyni üsula əl atıb.
O, internet saytlarında mobil telefonunu və mopedini satışa çıxaran şəxslərlə əlaqə saxlayıb, onları görüşə çağıraraq aldadıb.
Mobil telefonunu satan şəxslərin hamısını Bakıda fəaliyyət göstərən məşhur restoranlara, çay evlərinə dəvət edib. Onun seçdiyi şəxslərin hamısı "iPhone" markalı telefonlarını satmaq istəyənlər olub. Həmin şəxslərlə söhbət zamanı etibarlarını qazandıqdan sonra telefonu ya kamerasını yoxlamaq, ya telefonla danışmaq, ya da internetə qoşulmasını yoxlamaq adı ilə əlinə alıb. Maraqlısı budur ki, Kənan görüşləri restoran və çay evlərinin kabinetində təşkil edirmiş. Səbəb isə bu olub ki, kabinetdən çıxarkən telefon sahibləri onun məkandan uzaqlaşmasını görməsinlər. Hesabı da həmişə zərərçəkmişlər ödəyirmişlər.
Kənan moped satan şəxslərin hamısını da eyni üsulla aldadıb. Onları görüşə çağıraraq mopedi almaq istədiyini deyib. Mopedi yoxlamaq, sürmək adı ilə alaraq oradan uzaqlaşıb.
Onun cinayət işində zərərçəkmiş kimi tanınan 22 nəfərdən 17-si telefonunu, 5 nəfər isə mopedini itirib.
Kənan telefonların bir çoxunu ucuz qiymətə satıb. Bir neçəsini isə satmadan polis tərəfindən saxlanılıb. Mopedlərin sənədi olmadığına görə Kənan onları parçalara ayıraraq ucuz qiymətə ehtiyat hissə kimi satıb.
Məhkəmə istintaqı zamanı məlum olub ki, zərərçəkmişlərin bir hissəsi Kənandan şikayətçi olmayıb. Onlar da telefonu satılmadan geri qaytarılanlardır.
Məhkəmə Kənanı törətdiyi əməllərdə təqsirli bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












