Banner

Avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı - YENİLƏNİB

Hadisə 22 Oktyabr 2026 14:11
Avtobus sürücüsü sərnişinlə mübahisə etdi, hamını yolda saxladı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi ilə bağlı hazırda araşdırma aparılır". 

Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib. 

O bildirib ki, araşdırmanın nəticələrinə uyğun olaraq görüləcək tədbirlər barədə əlavə məlumat təqdim ediləcək.

***13:36
Bakıda 5 nömrəli marşrut avtobusunun sürücüsünün sərnişinlərdən biri ilə mübahisədən sonra nəqliyyat vasitəsini sürməkdən imtina etməsi narazılığa səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Sərnişinlərin sözlərinə görə, sürücü bir nəfərlə mübahisə etdikdən sonra avtobusu saxlayıb, nəqliyyat vasitəsindən düşüb və təxminən 5 dəqiqə hərəkəti davam etdirməyib. O, bir nəfərə görə, hamının yolda qalacağını deyib.

Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanlanıb.

Oxunub : 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh