Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi

Oğurluqda təqsirləndirilən Şəadət Teymurovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayәti tәmin edilib, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin hökmü dәyişdirilib. Tәqsirlәndirilәn şәxsin әmәli Cinayәt Mәcәllәsinin 177.3.2-ci maddәsindәn 177.2.3 vә 177.2.4-cü maddәsinә tövsif olunub. Şəadət Teymurova 4 il müddәtinә azadlıqdan mәhrumetmә cәzası tәyin olunub.
İttihama görə, hadisə 2025-ci il saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 9 mərtəbəli binanın zirzəmisində qeydə alınıb.
Belə ki, Şəadət Teymurov tamah məqsədilə özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib və binanın zirzəmisində yerləşən, saxlanc yeri kimi istifadə olunan sahəyə qanunsuz daxil olub. O, zirzəmidə tapdığı dəmir parçasından istifadə edərək saxlanc yerinin divarını dağıdıb. Daha sonra içəri daxil olaraq rəfin üzərindəki çantanın içərisində saxlanılan - zərərçəkmiş Səbinə Ələkbərzadəyə (adı, soyadı şərtidir) məxsus qızıl-zinət əşyalarını götürüb.
Oğurlanan əşyalar arasında müxtəlif əyyarlı qızıldan hazırlanmış üzük, sırğa, boyunbağı, qolbaq və kulonlar olub. Əşyaların bir qismi brilliant və digər rəngli qaşlarla bəzədilib, onların arasında Türkiyə, İran və sovet istehsalı zinət əşyaları da yer alıb.
İş üzrə ittihamda qeyd olunub ki, oğurlanan əşyaların ümumi dəyəri 54 120 manat təşkil edib.
Beləliklə, Şəadət Teymurov zərərçəkmiş Səbinə Ələkbərzadəyə külli miqdarda maddi ziyan vurub.
Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəadət Teymurova 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












