Vətən müharibəsi iştirakçısı yeddi bıçaq zərbəsi ilə qətlə yetirildi - FOTO

Gəncədə 25 yaşlı gənci 7 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Murad Hacıyevin cinayət işinin bəzi detalları məlum olub.
Avtosfer.az "Unikal"a istinadla xəbər verir ki, istintaqla müəyyən edilib ki, Murad Yusif oğlu Hacıyev 2026-ci il fevralın 2-də idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Gəncə şəhəri, Şahsevənlər küçəsində Röyal Məmmədovun sürdüyü VAZ-2107 avtomobilini saxlamasını tələb edib. Saat 23 radələrində M.Müşfiq küçəsində Röyal Məmmədov avtomobilinin qarşısını kəsib.
Daha sonra Murad Röyalın üzərinə gəlib, onu yerə yıxaraq əl və ayaq zərbələri ilə üz nahiyəsinə zərbələr endirib. Murad üzərində olan ümumi təyinatlı turist bıçağı ilə Röyal Məmmədova alın nahiyəsinə, döş qəfəsinə və bədənin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Bununla da, Murad Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə araşdırılır.

Xatırladaq ki, mərhum Röyal Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdəki şücaətinə görə medallarla təltif edilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












