Bakıda avtobus sürücüsü taksi sürücüsünü bıçaqladı

Bakıda avtobus sürücüsü taksi sürücüsünü bıçaqlayıb.
Avtosfer.az oxu.az- istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.
Həmin ərazidə müştəri yığan "Mercedes" markalı avtomobilin sürücüsü ilə paytaxtda fəaliyyət göstərən 14 saylı xətt marşrutu ilə hərəkət edən avtobusun sürücüsü arasında mübahisə yaranıb.
Mübahisə taksi sürücüsünün avtobus zolağında maşın saxlamasına görə yaranıb. Sürücülər sözlə mübahisə etsələr də, dava olmayıb. Taksi sürücüsü avtomobilinə qayıdarkən qəfil avtobus sürücüsünün ona tərəf gəldiyini görüb və əlbəyaxa olublar. Hadisə nəticəsində avtobusun sürücüsü taksi sürücüsünü ürəyindən və qarın boşluğundan bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə avtobusun sürücüsü 6 il 3 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












