Bakıda dönərin içindən şüşə qırıntısı çıxıb? - ARAŞDIRMA başladıldı - VİDEO - YENİLƏNİB

"Bir-iki dönər" şəbəkəsi AQTA-nın regional bölməsi tərəfindən nəzarətə götürülüb".
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"Məsələ ilə bağlı araşdırmalar aparılır. İstehlakçılardan xahiş edirik ki, qida məhsulları ilə bağlı hər hansı xoşagəlməz hallarla rastlaşdıqda agentliyin 1003 qaynar xəttinə məlumat versinlər", - deyə açıqlamada bildirilib.(oxu.az)
***13:53
"Dönərdən şüşə qırıntısı çıxdığını iddia edərək şikayət edən qadın əslində bizi təhdid edib".
Bunu "Bir-iki dönər" şəbəkəsinin rəhbəri İlkin Məmmədli deyib.
"Həmin müştəri bizdən dönər sifariş edib. Sonra isə zəng edərək dönərin içindən şüşə qırıntısı çıxdığını iddia edib. Administrator da rəhbərliyə demədən xanımı razı salmaq üçün ödənişi geri qaytarıb. Sonra xanım yenidən zəng edib və bu dəfə də bildirib ki, dilimi şüşə kəsib, həkimə getməliyəm, mənə 200 manat verməlisən. Bu dəfə də administrator həmin məbləği xanıma göndərib. Çekləri də sizə təqdim edirəm.

Daha sonra xanım yenidən zəng edib və bu dəfə 1 500 manat ödəməsini tələb edib və əks halda bizi biabır edəcəyi ilə hədələyib. İmtina cavabı alanda isə təhqir və təhdid dolu mesajlar göndərməyə başlayıb. Həmin səs yazıları bizdə var. Yalnız bundan sonra administrator məsələ barədə rəhbərliyə məlumat verib. Biz xanıma bildirmişik ki, hər hansı şikayəti varsa, bütün lazımi orqanlara şikayət edə bilər - DİN-ə, məhkəməyə, Qida Təhlükəsizliyi Agentliyinə. Qoy gəlib yoxlasınlar, biz cavab verməyə hazırıq. Bundan sonra da sözügedən qadın yenidən təhqir dolu mesajlar göndərib. Hətta müxtəlif bloqerlərə də müraciət edib, bildiyim qədər.
Biz kameraları açıb baxmışıq. Bir daha qeyd edirəm ki, dönərdən şüşə qırıntısı heç cürə çıxa bilməz çünki bizdə ümumiyyətlə heç şüşə qab da yoxdur ki, deyim bəlkə düşüb sınıb, bilməyiblər. Kameradan da aydın görünür ki, dönər normal şəkildə hazırlanıb və göndərilib. Təəssüf ki, insanlarımız bəzən bu cür yollara da əl atırlar. Şikayət barədə düşünmürəm, çünki o səs yazlarına qulaq asandan sonra mənə elə gəlir ki, bu cür ifadələrdən istifadə edən insana baş qoşmağa dəyməz", - deyə İ.Məmmədli bildirib.
***
Bakıda vətəndaş sifariş verdiyi dönərin içindən şüşə qırıntısı çıxdığını iddia edib.
Bununla bağlı Oxu.az-a şikayət daxil olub.
Vətəndaş iddia edib ki, sentyabrın 6-da "Bir-İki dönər"in Gənclik filialından iki dönər sifariş edib.
"Biri toyuq, digəri ət dönəri idi. Toyuq dönərini yeyəndə içindən belə bir şüşə qırıntısı çıxdı. Hətta dilimi zədələdi. Bu barədə onlara məlumat verəndə üzr istəyib pulumu qaytardılar, amma istəyərdim ki, dönər alanda adamlar diqqətli olsunlar", - deyə şikayətdə bildirilib.
Həmin quyuya daha bir maşın düşdü - VİDEO
“Şamaxinka”da maşın yandı - Tıxac yarandı - FOTO - YENİLƏNİB
Yolun ortasında gəzən piyada sürücüləri təhlükə ilə üz-üzə qoydu - VİDEO
Üç rəqifə sərxoş halda barı yandırdı; 75 minlik ziyan dəydi - VİDEO
Bu ölkədə DƏHŞƏT: Tanınmış sima maşınında GÜLLƏLƏNDİ - FOTO
Təcili yardıma yol verməyən sürücünün görüntüləri yayıldı; cəzalandırıldı - VİDEO
Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Ofisant işləyən şəxs həbs edildi
Evə pəncərədən girib minlərlə dollar oğurladı; SAXLANILDI - FOTO
Bakı-Sumqayıt yolunda avtobus yanıb - AÇIQLAMA - VİDEO
Qayınata gəlinini narahat edən şəxsi "BMW" ilə əzib öldürdü - YENİLƏNİB
Bakıda təhlükəli olay: Azyaşlı binanın damında velosiped sürdü - VİDEO










