Bakıda ər arvadını rezin boru ilə döydü: "İcazə almadan mağazaya gedirdi"

Bakının Xəzər rayonunda 1973-cü il təvəllüdlü Nadir ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisəni törədən Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Nərmin onun arvadıdır:
"Birgə nikahımızdan yeddi övladımız var. Nərminin icazə almadan mağazaya getməsi səbəbindən aramızda bir neçə dəfə münaqişə oldu. Hadisə günü, saat 13:00 radələrində işdən evə gələn zaman Nərmin evdə olmadı. Bir müddət keçəndən sonra evə gəldi. Bu zaman aramızda mübahisə yarandı. Nərmini rezin boru ilə vurdum".
İş üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, evdə olmaması səbəbindən əri Nadir mübahisə yaradıb və onu rezin boru ilə vuraraq xəsarət yetirib:
"Bu zaman oğlum bizi ayırdı. Təqsirləndirilən şəxslə barışmamışam, ondan şikayətçiyəm".
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nadir 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.
Qubada sürüşən yolda vəziyyət daha da pisləşdi - VİDEO
Göyçayda ağac maşının üzərinə aşdı - Yolda hərəkət dayandı - FOTOLAR
Bakıda kişi qadınlara qarşı görün nə etdi - Avtobusda ŞOK OLAY - VİDEO
Avtobusun altında qalmaqdan son anda qurtulan gənc qız sürücüyə irad bildirdi - VİDEO
Bakıda avtomobil təmiri sexində YANĞIN - VİDEO
Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər - VİDEO
Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu
Polis əməliyyat keçirdi; Samir Mirzəyev saxlanıldı - FOTO - VİDEO
Kişi tanışını güllələdi, sonra... - Ağdamda cinayət hadisəsi
Vüqar Ağayev BƏRAƏT ALDI: azərbaycanlı kriminal avtoriteti kim öldürüb?
“Sədərək”də yanğın təhlükəsi - VİDEO










