Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır - VİDEO

"Vətəndaşlar yaşaya-yaşaya evlərini sökürlər". Avtosfer.az xəbər verir ki, belə iddia ilə "Kubinka" kimi tanınan ərazinin sakinləri çıxış ediblər. Paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov ünvanının sakinlərinin sözlərinə görə, tikinti şirkəti heç bir rəsmi sənədə məhəl qoymadan gecə-gündüz məhəlləni sökməyə davam edir. Sözügedən həyətdə 80-dən çox ailə yaşayır. Sakinlər tikinti şirkətinin söküntü işləri aparması ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonunda "Vialon" şirkətinə ayrılmış torpaq sahəsinə Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yerində baxış keçirilib və sözügedən ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparıldığı müəyyən edilib. İşlərin vətəndaşlarla razılaşdırılmadan və qüvvədə olan qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirilməsi ilə əlaqədar Baş İdarə tərəfindən "Vialon" şirkətinə xəbərdarlıq olunub və işlər dayandırılıb. Qeyd olunub ki, daha əvvəl də həmin ərazidə eyni şirkət tərəfindən müvafiq icazə olmadan işlərin aparılmasına bir neçə dəfə cəhd edilib və bu halların qarşısı vaxtında alınıb. "Məsələnin nəzarətdə saxlanılması və təkrar hüquqpozuntularının qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumlarına yenidən müvafiq məktublar göndərilib", - məlumatda qeyd olunur.
Ətraflı süjetdə:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












