Bakıda fəhlə "Range Rover"dən 16 min oğurladı - 130 manata gödəkçə ALDI

Bakıda avtomobil yuma məntəqəsində "Range Rover"dən 10 min dollara yaxın pul oğurlayan şəxsə hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, 1979-cu il təvəllüdlü Nəzər Y. fəhlə kimi işlədiyi "moyka"da Eldəniz adlı müştərinin "Range Rover" markalı avtomobilindən 10 min dollara yaxın pul götürməkdə ittiham edilərək saxlanılıb.
Hadisə Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində avtoyuma məntəqələrindən birində baş verib. Belə ki, zərərçəkmiş şəxs özünə məxsus "Range Rover" markalı avtomobili gecə saatlarında yuyulmaq üçün "moyka"ya verib.
Hadisənin səhəri gün zərərçəkmiş avtomobili ilə rayonların birinə gedib. Orada məlum olub ki, Nəzər Y. adlı şəxs onun maşınından 9400 dollar (15980 manat ) pul oğurlayıb.
Təqsirləndirilən şəxs pulu oğurladıqdan sonra özünə 130 manata gödəkçə və 45 manata ayaqqabı alıb. Daha sonra "Memar Əcəmi" metrostansiyasının yaxınlığında özünə kirayə ev tutub. Puldan 1100 dollarını xərclədikdən sonra 8300 dolları zərərkəmişə qaytardığı zaman həbs edilib.
Məhkəmənin qərarı ilə, Nəzər Y. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli müəssisədə çəkəcək.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












