Bakıda iaşə obyektində körpə tapılıb

Bakıda iaşə obyektində köməksiz vəziyyətdə olan ana və 15 günlük körpəsi xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a bildirib ki, bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı Şərifova Səbinə Fazil qızı və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.
Ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər. Ana və körpəsi polis və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib. Hazırda Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
***
Nəsimi rayonu ərazisində iaşə obyektində baxımsız vəziyyətdə qalmış 15 günlük körpə xilas edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyatı qurumlarla birlikdə araşdırılıb. Məlum olub ki, körpə valideynlərinin diqqətsizliyi səbəbindən baxımsız vəziyyətdə qalıb.
Araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












