Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Bilgəh qəsəbəsində - Dənizkənarı magistral yolda baş verib. Gənc oğlan tamamilə lüt vəziyyətdə qeyri-etik hərəkətlər edərək vətəndaşların narahatlığına səbəb olduğuna görə saxlanılıb.
Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə aparılan şəxsin Salyan rayon sakini olan və paytaxtın Binəqədi rayonunda yaşayan 1997-ci il təvəllüdlü S.Səlimov (şərti) olması müəyyən edilib.
Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən onun narkotik vasitə qəbul etməsi məlum olub.
Saxlanılan şəxs uzun müddətdir restoranda aşpaz işlədiyini, hadisədən əvvəl istirahət mərkəzində kokteyl içdiyini və bundan sonra özünə nəzarəti itirdiyini deyib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə protokol tərtib edilən gənc Sabunçu Rayon Məhkəməsinə aparılıb. O, 300 manat cərimə edilərək sərbəst buraxılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












