Bakıda maşınla adam vuran şəxs barəsində cinayət işi başlanıldı - VİDEO

Bakıda yaşayan Şərur rayon sakini Firudin Bağırov evinin qarşısında avtomobillə vurulub.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb.
İddia olunub ki, avtomobili onun üstünə qəsdən sürüblər. Mübahisə zəminində baş verən hadisəni törədən isə yaxınlıqdakı kafenin sahibi Rauf adlı şəxsdir.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Avtosfer.az-a açıqlamasında bildirib ki, hadisə mayın 20-də qeydə alınıb.
"Paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı cinayət işi başlanılıb.
İnsident zamanı Rauf Şamxalov idarə etdiyi "Hyundai" markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir", - deyə C. Qənbərli bildirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












