Bakıda mərcdə 15 min uduzdu, xalasının qızıllarını oğurladı

Bakıda oyun platformasında 15 min manatdan çox pul uduzan şəxs xalasının evindən oğurluq edib.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən çoxmərtəbəli binaların birində baş verib.
1993-cü il təvəllüdlü Seymur C. mərc oyun platformasında 15 min manatdan çox pul uduzduğu üçün tanışlarına borcu yaranıb. Təqsirləndirilən şəxs borcu verə bilmədiyi üçün çıxış yolunu xalası N.C.-nın evindən oğurluq etməkdə görüb. O, gizli şəkildə xalasının cibindən evinin açarını oğurlayıb. Daha sonra N.C.-nın və ailəsinin evdə olub-olmamasını yoxlamaq üçün əvvəlcə onların qapılarını döyüb. Seymur xalası qapını açdığı təqdirdə ona telefonunun enerjisinin bitməsini bəhanə etməyi planlaşdırıb. Amma qapını heç kəs açmadığından təqsirləndirilən şəxs evə oğurluğa girib və xalasına məxsus 15.733 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
N.C. məhkəmədə bacısı oğlunu bağışlayıb.
Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-ci maddələri ilə təqsirləndirilən Seymur məhkəmənin qərarı ilə 3 il 6 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












