Bakıda məşhur hoteldə yanğın baş verib - FOTO - VİDEO

Novxanı qəsəbəsində yerləşən məşhur "AF Hotel" istirahət mərkəzində güclü yanğın başlayıb. Hadisənin miqyası getdikcə genişlənir və alov kompleksi bürüməkdədir. Avtosfer.az xəbər verir ki, ətrafda yaşayan sakinlərin sözlərinə görə, hotelin ərazisindən qəfil qara tüstü dumanı ucalmağa başlayıb və qısa müddətdə alov bütün binanı bürüyüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hazırda alovun söndürülməsi və yaxınlıqdakı tikililərə keçməsinin qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir. Xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.
***

Novxanıda “AF Hotel & Aqua Park" kompleksində yerləşən hoteldə yanğın baş verib. Məlumata görə, hotel "AF Holdinq Şirkətlər Qrupu"nun sahibi, iş adamı Azay Möhnətova məxsusdur. A.Möhnətov, eyni zamanda "EuroHome" tikinti materialları, "Uğur-97" şirkətlərinin də sahibidir. Xatırladaq ki, bundan əvvəl “EuroHome” tikinti materialları bazarında da güclü yanğın hadisəsi olmuşdu.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO













